Buffon açıqladı: Son 10 ilin ən yaxşı qapıçısı...
20.11.2015 - 02:03
“Yuventus”un və İtaliya millisinin qapıçısı Canluici Buffon müasirləri arasında kimi ən yaxşı qapıçı hesab etdiyini açıqlayıb. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, təcrübəli “çərçivə qoruyucusu” Kasilyası öz dövrünün ən yaxşı qapıçısı hesab edir.
"Cici" fikirlərini bu cür ifadə edib: “Kasilyas əllə oynamaqda çox ustadı. Əgər mənim dövrümün ən yaxşı qapıçısı kimdi deyə soruşsanız, Şmeyxel, Subizaretta, Palyuka və Zenqanı deyərəm. Son 10 ildə isə ən yaxşı Kasilyas və Çexdi. Axırıncı 3 ildə isə şübhəsiz ən güclü Noyerdi”.
0
0