Türkiyənin “Mersin İdman Yurdu” klubunda bu gün daxili toplantı olacaq. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, iclasda əsas məsələ baş məşqçi Bülent Qorxmazın postunda qalıb-qalmayacağıdı.
Klubun vitse-prezidenti Senan Idin yerli mətbuata verdiyi açıqlamasında baş məşqçinin taleyinə bu toplantıda aydınlıq gələcəyini bildirib.
Mövsümün əvvəlində qoyulmuş transfer qadağasında görə heyətini yeniləyə bilməyən klub ilk yarını olduqca pis nəticə ilə başa vurub. 17 oyunda cəmi 2 qələbə qazanan mərsinlilər turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, Superliqa təmsilçisi “Qarabağ”ın və milli komandanın üzvü Qara Qarayev və “Sumqayıt”ın futbolçusu Tural Rzayevlə maraqlanır. Bu futbolçuların mərsinlilərə qoşulmasında əsas maraqlı tərəf isə baş məşqçi Bülent Qorxmaz idi.