Bundesliqa klubunda yeni baş məşqçi
29.12.2015 - 01:47
Bir neçə gün öncə Mixael Frontseklə yollarını ayıran Almaniyanın "Hannover" klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, bu barədə Bundesliqa təmsilçisi rəsmi saytından məlumat yayıb.
Mənbədə bildirilir ki, rəhbərlik yerli mütəxəssis Tomas Şaafla anlaşıb. "Qırmızı-qaralar" 54 yaşlı çalışdırıcı ilə 2017-ci ilin iyununa qədər müqavilə bağlayıb.
Qeyd edək ki, veteran futbolçu bundan əvvəl ölkəsinin "Ayntraxt" (Frankfurt) klubunda baş məşqçi işləyib.
0
0