Türkiyə millisinin Sloveniya ilə oynadığı sınaq matçında qarşılaşmanın yeganə qoluna imza atan Burak Yılmaz bununla tarixə keçib. Apasport.az saytının məlumatına görə, milli komanda forması ilə 20-ci dəfə rəqibləri məyus edən eks “Qalatasaray”lı forvard bununla da əsas komandada ən çox qol vuran 4-cü futbolçu olub.
Hərəsi 19 dəfə fərqlənmiş Mətin Oktay, Cəmil Turan və Nihat Kahveçini arxada qoyan Burak Hakan Şükür (51), Tuncay Şanlı (22) və Lefer Küçük Andonyonisdən (21) geri qalır.
Hazırda karyerasını Çində davam etdirən hücumçu Avropa çempionatı zamanı və ya daha sonra iki qol vuracağı halda ikinci pilləyə yüksələcək.