Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün startı öncəsi klubların heyətləri bir-bir bəlli olur. Apasport.az saytı xəbər verir ki, “Neftçi” də sifariş ərizəsini artıq Peşəkar Futbol Liqasına (PFL) təqdim edib.
Baş məşqçi Samir Əliyev ilk turlarda 22 futbolçunun xidmətindən yararlana biləcək. Həmin oyunçulardan 2-si qapıçı, 7-si müdafiəçi, 9-u yarımmüdafiəçi, 4-ü isə hücumçudu. 22 nəfərdən yalnız 4-ü əcnəbidi ki, onlar da Braziliya (2), İspaniya və Paraqvayı təmsil edirlər.
Sabiq komandası “Elazığspor”la problemini həll edən Cavid İmamverdiyev də artıq müqavilə ilə məxsus olduğu paytaxt klubuna dönüb və adı sifariş ərizəsinə salınıb.
Qeyd edək ki, buna qədər “Kəpəz” və “Sumqayıt” iştirak ərizəsini PFL-ə yollamışdı.
“Neftçi”nin iştirak ərizəsi belədi:
| N | Oyunçu | Vətəndaşlığı | Mövqeyi | Təvəllüdü |
| 53 | Vaylo Maksim | Azərbaycan | qapıçı | 1995-05-13 |
| 1 | Məmmədov Aqil Heydər | Azərbaycan | qapıçı | 1989-05-01 |
| 4 | Məmmədov Rahil Sərvər | Azərbaycan | müdafiəçi | 1995-11-24 |
| 26 | Qurbanov Kamal Fizuli | Azərbaycan | müdafiəçi | 1994-05-06 |
| 6 | Ferreyra Silva Ailton | Braziliya | müdafiəçi | 1996-03-16 |
| 5 | Andreu Alvarado Xuan Alberto | İspaniya | müdafiəçi | 1984-06-06 |
| 16 | Quliyev Əziz Bəylər | Azərbaycan | müdafiəçi | 1987-05-02 |
| 95 | Bədəlov Elvin Natiq | Azərbaycan | müdafiəçi | 1995-06-14 |
| 27 | İsayev Məqsəd Müzəffər | Azərbaycan | müdafiəçi | 1994-06-07 |
| 88 | Qurbanlı Orxan Nizami | Azərbaycan | yarımmüdafiəçi | 1995-07-12 |
| 10 | İmamverdiyev Cavid Əbdürrəhman | Azərbaycan | yarımmüdafiəçi | 1990-01-08 |
| 33 | Bəşirov Orxan Zakir | Azərbaycan | yarımmüdafiəçi | 1989-01-01 |
| 17 | Hacıyev Rəhman Xudayət | Azərbaycan | yarımmüdafiəçi | 1993-07-25 |
| 18 | Sesilio da Silva Kaue | Braziliya | yarımmüdafiəçi | 1989-05-24 |
| 21 | Məsimov Samir İbrahim | Azərbaycan | yarımmüdafiəçi | 1995-08-25 |
| 8 | Abdullayev Elşən Mübariz | Azərbaycan | yarımmüdafiəçi | 1994-02-05 |
| 7 | Abdullayev Araz Abdulla | Azərbaycan | yarımmüdafiəçi | 1992-04-18 |
| 15 | Ramos Erik | Paraqvay | yarımmüdafiəçi | 1987-06-12 |
| 22 | Abbasov Mirabdulla Miryavər | Azərbaycan | hücumçu | 1995-04-27 |
| 14 | Qurbanov Məhəmməd Arsenyeviç | Azərbaycan | hücumçu | 1992-04-11 |
| 11 | Qurbanov Ruslan Eldar | Azərbaycan | hücumçu | 1991-09-12 |
| 19 | Muradbəyli Fəhmin Surxay | Azərbaycan | hücumçu | 1996-03-16 |