Çempion transferə start verdi
04.01.2017 - 20:07
İngiltərə Premyer Liqasının son çempionu “Lester” qış transfer pəncərəsində ilk transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdə uğursuzluq zolağından çıxa bilməyən “tülkülər” Belçikanın “Genk” klubunun üzvü Vilfred Ndidini heyətinə cəlb edib.
Bu barədə klubdan xəbər yayılıb. 20 yaşlı futbolçuya İngiltərədə çalışmaqla bağlı icazə alındıqdan sonra onunla 5,5 illik müqavilə bağlanıb.
Qeyd edək ki, həm yarımmüdafiə, həm də müdafiə xəttində oynaya bilən nigeriyalı futbolçu keçən mövsümdə meydana çıxdığı 43 oyunda 4 qola imza atıb.
0
0