Ceyms Vardi yerini möhkəmlətdi
02.02.2016 - 19:52
Ceyms Vardi yerini möhkəmlətdi

“Lester”in hücumçusu Ceyms Vardi klubu ilə müqaviləsinin müddətini uzadıb. Apasport.az saytının BBC-yə istinadən məlumatına görə, hücumçu “tülkülər”lə daha 3.5 illik anlaşma imzalayıb.

 

Bir sıra Avropa klublarının maraq dairəsində olduğu deyilən forvard bu razılaşma ilə bütün şaiyələri də inkar etmiş olub. Mənbə iddia edir ki, yeni anlaşmaya görə, hücumçunun müqavilə şərtlərində də yaxşılığa doğru dəyişikliklər olub.

 

Qeyd edək ki, Vardinin əvvəlki müqaviləsinin 2.5 ili qalmışdı.