Çiro Immobile: Hər kəs bizdən qələbə istəyir
09.10.2014 - 11:47
Çiro Immobile: Hər kəs bizdən qələbə istəyir

“Biz Norveçlə ilk matçda çox yaxşı oyun göstərdik və qələbə qazandıq. İndi bunun davamını gətirmək istəyirik”. Apasport.az xəbər verir ki, bu sözləri İtaliya milli komandasının üzvü Çiro İmmobile deyib.

 

AVRO-2016-nın seçmə mərhələsində sabah doğma meydanda Azərbaycan yığması ilə qarşılaşacaq appeninlilərin hücumçusu bu qarşılaşma və qrup haqqında danışıb: “Qrupun ilk qarşılaşmasında göstərdiyimiz oyundan hər kəs razıdır. Milli komanda fərqli bir yerdir. Biz hamımız bu komandanın uğuru üçün toplaşmışıq. Hamımız ölkəmizin ad-sanı üçün bu formanı geyinirik. Qarşıda bizi Azərbaycana qarşı matç gözləyir. Hər kəs AVRO-2016-nın seçmə mərhələsindəki ilk ev oyunumuzda bizdən qələbə istəyir. Mən Almaniyada yeni məcarə yaşayıram. “Borussiya”nın heyətində qollar vururam və orada sevilirəm. İndi də istəyirəm ki, milli komandada qollar vurum. Sabahkı görüşdə də fərqlənmək istəyirəm”.

 

İmmobile İtaliya millisindəki rəqabətin güclü olduğunu bildirib: “Borussiya”nın heyətində məndən başqa Adrian Ramos kimi hücumçu var. İtaliya millisinin də ön xəttində rəqabət çox güclüdür. Bu rəqabətdən qalib ayrılmaq istəyirəm. Hücumda məni əvəzləyəcək Mattia Destro, Qrasiano Pelle, Pablo Osvaldo və Sebastiyan Covinko kimi futbolçular var. İnanıram ki, əsas heyətdə meydana çıxıb italiyalı azarkeşlərin ümidlərin doğruldacağam”.

 

Qeyd edək ki, İtaliya – Azərbaycan oyunu sabah Bakı vaxtilə saat 23:45-də baş tutacaq. Qarşılaşma Palermo şəhərindəki “Rentso Barbera” stadionunda keçiriləcək.

 

0