Avropa ölkələrinin yüksək liqalarının ən məhsuldar futbolçusu üçün təsis olunan “Qızıl buts”a iddiaçıların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Portuqaliya “Benfika”sının qol silahı Conas hazırda titulu qazanmağa əsas namizəddi.
30 qol vuran hücumçunun hesabında 60 xal var. “Real”lı Kriştianu Ronaldo və “Napoli”dıki sabiq komanda yoldaşı Qonzalo İquayn hərəyə 28 dəfə fərqləniblər. Onlar 56 xalla liderdən 4xal geri qalır.
Luis Suares (“Barselona”) 26 qolla 52, Robert Levandovski (“Bavariya”) 25 qolla 50 xal toplayıb. Azərbaycan çempionatının ən məhsuldar oyunçusu olan Nelson Bonilla (“Zirə”) 10 xala malikdi. O, Conasdan 6, Levandovskidən 5 dəfə geri qalır.