Covanni Trapattoni Afrikaya gedir
21.02.2015 - 20:38
Covanni Trapattoni Afrikaya gedir

Covanni Trapattoni Seneqal yığmasına başçılıq edə bilər. Apasport.az saytının məlumatına görə, 76 yaşlı mütəxəssis Afrika Millətlər Kubokunda uğursuz çıxışdan sonra istefaya göndərilən Alen Jiressi əvəzləyəcək.

 

İtaliya mətbuatı iddia edir ki, Trapattoni boş qalan posta əsas namizədçilərdən biridi.

 

Qeyd edək ki, Covanni Trapattoni 2013-cü ilin sentyabrında İrlandiya millisinin “sükanı arxası”nı tərk edib.