Bakıda keçirilən təlim-məşq toplanışından sonra iki gün istirahət edən “Kəpəz” bu gündən “İnter”lə oyunun hazırlığına start verib. Apasport.az klubun saytına istinadən xəbər verir ki, komanda “Dalğa Arena”nın süni örtüklü meydançasında hazırlaşır.
Gəncə klubunun məşqi saat 11:00-da başlayıb. Yanvarın 26-na kimi “Kəpəz” eyni vaxtda Mərdəkanda məşqə çıxacaq. “Kəpəz” Bakı təmsilçisi ilə matçdan öncəki hazırlıq prosesini görüşə ev sahibliyi edəcək “İnter Arena”da keçirəcək.
Türkiyədə bir müddət öncəki qeyri-sabit hava şəraitinə görə vətəni Braziliyada ləngiyən Dario Frederiko Junior da artıq komandaya qoşulub və məşqlərdə iştirak edir.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı