DÇ-2018-in oyunlarını idarə etməyə namizəd hakimlərin siyahısı bəlli olub. Apasport.az saytının məlumatına görə, UEFA-ya daxil olan ölkələrin 20 hakimi Rusiyadakı mundialda ədaləti qoruya bilər.
Bu hakimlərin adlarını müəyyənləşdirən FİFA onlar üçün seminar təşkil edəcək. Bu il sentyabrın 19-23-dəki xüsusi tədbirdə Sergey Karasyov (Rusiya), Feliks Brix (Almaniya), Cümeyt Çakır (Türkiyə), Erik Klattenburq (İngiltərə), Uilyam Kollam (Şotlandiya), Yonas Eriksson (İsveç), Ovidiu Hatseqan (Rumıniya), Viktor Kaşşai (Macarıstan), Pavel Kralovets (Çexiya), Byorn Kuypers (Hollandiya), Mateu Laos (İspaniya), Şimon Marçinyak (Polşa), Molorad Majiç (Serbiya), Sveyn Moen (Norveç), Nikola Ritsoli, Canluka Rokki (hər ikisi İtaliya), Anastasios Sidiropulos (Yunanıstan), Damir Skomina (Sloveniya), Soareş Diaş (Portuqaliya), Kleman Torpen (Fransa) iştirak edəcək.