Debütant yeni futbolçularını sifariş etdi
30.01.2016 - 15:26
“Zirə” qış fasiləsində transfer etdiyi futbolçuların adlarını Peşəkar Futbol Liqasına təqdim edib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının debütantı mövsümün ikinci yarısı üçün sifariş vərəqinə iki yeni ad əlavə edib.
Paytaxt təmsilçisi Elvin Məmmədov və Vüqar Mustafayevi iştirak ərizəsinə daxil etməyi lazım bilib. Məmmədov yeni komandasında 60 nömrəli formanı geyinəcək. Mustafayev isə 6 nömrəli formanı götürüb. “Zirə” iştirak ərizəsindən 8 futbolçunu çıxarıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0