Dembele çempiondan imtina etdi
10.05.2016 - 22:27
Dembele çempiondan imtina etdi

“Renn”in hücumçusu Usman Dembele İngiltərənin yeni çempionu “Lester”in təklifindən imtina edib. Apasport.az saytının məlumatına görə, bu barədə Fransa mətbuatına oyunçu özü açıqlama verib.

 

Dembele Klaudio Ranyerinin ona zəng etdiyini və komandasına dəvət etdiyini deyib: “Sözün düzü Ranyerinin mənə zəng edərək öz komandasına dəvət etməsinə çox qürur duydum. Ancaq ona da dedim ki, mən İngiltərə köçmək istəmirəm”.

 

Qeyd edək ki, klubu gənc hücumçunu 35 milyon avroya satmağı fikirləşir. Franszılar daha əvvəl “Borussiya”nın 15 milyonluq təklifinə rədd cavabı vermişdi.

 

Bu mövsüm Liqa 1-də 25 oyuna çıxan Usman 12 dəfə fərqlənib. O, mövsümün ən yaxşı gənc oyunçusu seçilib.