Dembele klubunu dəyişə bilər
15.03.2016 - 21:34
Dembele klubunu dəyişə bilər

“Mançester Yunayted” “Renn”in gənc hücumçusu Usman Dembele ilə maraqlanır. Apasport.az saytının məlumatına görə, artıq “qırmızı şeytanlar”ın skautları 18 yaşlı futbolçunu izləmək üçün “Renn” – “Lion” oyununa canlı baxıblar.

 

Bir müddət əvvəl fransızların perspektvli futbolçu üçün “Barslona”nın 35 milyon avroluq təklifini rədd etdiyi iddia edilmişdi.

 

Qeyd edək ki, Dembele bu mövsüm Fransa Liqa 1-də 18 oyunda meydana çıxıb ki, bu matçlarda 9 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.