Derbi öncəsi “Qalatasaray”a şad xəbər
07.04.2016 - 22:52
Derbi öncəsi “Qalatasaray”a şad xəbər

Hollandiyanın Fransa ilə oynadığı hazırlıq matçında zədələnərək uzun müddətə sıradan çıxan Uesli Sneyderin müalicəsi gözləniləndən tez başa çatacaq. Apasport.az saytının məlumatına görə, xüsusilə, “Qalatasaray”la “Fənərbaxça” arasında oynanılacaq İstanbul derbisində çıxış etməsi ümidsiz hesab olunan futbolçudan gələn şad xəbər azarkeşləri və “Qalatasaray” rəhbərliyini sevindirib.

 

Belə ki, xüsusi müalicə proqramı ilə sağlamlığı üzərində iş gedən holland futbolçu şənbə günü “Rizəspor”la oyunda meydana çıxa bilməsə də, ondan sonra komanda ilə məşqlərə başlayacaq.

 

Oyunçu özü də israrla derbi matçında meydana çıxmaq istəyir.

0