Droqba, Lempard, Zola... Azar
26.12.2016 - 22:42
İngiltərə Premyer Liqasının 18-ci turunda “Bornmut”la qarşılaşan “Çelsi” 3:0 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, matçda londonluların ikinci qolunu vuran Azar tarixə düşüb.
Belə ki, belçikalı futbolçu “zadəganlar”ın heyətində Premyer Liqada 50 və daha artıq qol vuran 6-cı futbolçu olub.
Ona qədər bu göstəriciyə Didiye Droqba, Frenk Lempard, Canfranko Zola, Cimmi Floyd Hesslbeynk və Eydur Qudyonson çata bilib.
0
0