Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatı zamanı dopinq-test zamanı yeni texnologiyalardan istifadə olunacaq. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın baş həkimi İrji Dvorjak bildirib.
Yeni texnologiya futbolçuların bioloji pasportuna əsaslanır. Dvorjakın sözlərinə görə, dünya çempionatı zamanı futbolçulardan götürülən testlər əvvəlki turnirlərdəki testlərin nəticələri ilə müqayisə olunacaq və bununla da bioloji pasportdakı dəyişikliklər üzə çıxarılacaq.
Xatırladaq ki, dünya çempionatları zamanı sonuncu böyük qalmaqal 1994-cü ildə yaşanıb. O zaman Argentina yığmasının əfsanəvi hücumçusu Dieqo Maradonanın qadağan olunmuş dərmanlardan istifadə etdiyi üzə çıxıb.
- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək