Dünya çempionatının ən çox qazanan futbolçuları – SİYAHI
12.06.2014 - 05:25
Dünya çempionatının ən çox qazanan futbolçuları – SİYAHI

 

Böyük Britaniyanın “Daily Mail” qəzeti futbol üzrə dünya çempionatının ən çox qazanan futbolçularının siyahısını dərc edib. Apasport.az saytının məlumatına görə, siyahıya “Mançester Yunayted”in və İngiltərə yığmasının hücumçusu Ueyn Runi başçılıq edir.

 

Runinin həftəlik maaşı 300 min funtdur (371 min avro). İkinci yerdə 292 min funtla (361 min avro) “Barselona”nın və Argentina yığmasının futbolçusu Lionel Messidir. İlk üçlüyü həftədə 288 min funt (357 min avro) qazanan “Real Madrid” klubunun və Portuqaliya yığmasının oyunçusu Kriştiano Ronaldo tamamlayır.

 

Dünya çempionatının ən çox qazanan 10 futbolçusu:

 

1. Ueyn Runi (İngiltərə) – 371 min avro

2. Lionel Messi (Argentina) – 361 min avro

3. Kriştiano Ronaldo (Portuqaliya) – 357 min avro

4. Robin Van Persi (Hollandiya) – 310 min avro

5. Yaya Ture (Fil Dişi Sahili) – 285 min avro

6. Serxio Aquero (Argentina) – 272 min avro

7. Luis Suares (Uruqvay) – 272 min avro

8. David Silva (İspaniya) – 248 min avro

9. Eden Azar (Belçika) – 229 min avro

10. Fernando Torres (İspaniya) – 217 min avro.