Dünya rekordçusu yenidən güclülər sırasında
06.04.2016 - 09:27
Dünya rekordçusu yenidən güclülər sırasında

Şotlandiyanın “Reyncers” klubu yenidən Premyer Liqada çıxış edəcək. Apasport.az saytının məlumatına görə, 2012-ci ildə 4-cü dəstəyə göndərilən Qlazqo təmsilçisi 4 ildən sonra ən yüksək liqada oynamaq hüququ qazanıb.

 

Öz ölkəsində 54 dəfə çempion olmaqla dünya rekordçusu kimi tanınan qlazqolular bunu “Damberton” üzərində qələbəylə rəsmiləşdirib. 1:0 hesablı qələbə qazanan “Reyncers” 32 oyundan sonra xal hesabını 79-a çatdırıb. Sona 4 tur qalmış ən yaxın izləyicisi “Falkirk”dən 17 xal öndə qərarlaşan Qlazqo klubu 1-ci yeri və bununla da elitaya qayıdışını rəsmiləşdirib.