Dünya ulduzları Türkiyəyə yığışacaqlar
20.05.2016 - 00:02
Dünya futbolunun bir çox tanınmış siması Türkiyəyə yığışacaq. Apasport.az saytının məlumatına görə, "Antalyaspor"un futbolçusu Samuel Eto'onun adını daşıyan vəqfin 10-cu il dönümü ilə əlaqədar şou matç baş tutacaq.
Maraqla gözlənilən qarşılaşmada Messi, Neymar, Suares, Maradona, Hazard, İnyesta, Demba Ba, Droqba və Arda Turanın yer alacağı dünya komandası Türkiyə liqasında çıxış edən futbolçulardan ibarət komanda ilə üz-üzə gələcək.
Qeyd edək ki, qarşılaşma iyulun 16-ı "Antalya Arena"da keçiriləcək.
0
0