Dünyanın ən yaxşı bombardiri bəlli oldu
30.12.2015 - 14:37
Dünyanın ən yaxşı bombardiri bəlli oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ildə dünyanın ən məhsuldar oyunçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, beynəlxalq matçlarda ən çox qol vuranların siyahısında ən azı 8 dəfə fərqlənənlər yer alıb.

 

Milli komandada və qitə kuboklarındakı qol sayında dünyanın 48 futbolçusu buna nail olub. Planetin bombardirləri siyahısına BƏƏ yığmasında 6, bu ölkənin “Əl-Əhli” klubunda 14 qol vuran Əhməd Xəlil başçılıq edir. Polşalı Robert Levandovski də eyni sayda qolun müəllifi olub. Lakin millidə daha az qol vurması onun 2-ciliyinə səbəb olub. Avropalı yığmada 9, Almaniya “Bavariya”sında 9 dəfə fərqlənib. Səudiyyə Ərəbistanı millisinə 18 qol vuran Məhəmməd Əl-Şəhlavi 3-cüsü. O, “Əl-Qadisiyyə”də rəqib qapılarına yol tapmayıb.

 

Siyahıda heç bir Azərbaycan futbolçusu yer almayıb.  Çünki bu göstəricidə rekordçularımız 4 dəfə fərqlənib. Millidə 1, avrokuboklarda 3 qola sevinən Cavid Hüseynov, həmçinin qitə miqyaslı turnirlərdə 4 dəfə fərqlənən Dodo VƏ Riçard Almeyda siyahıya düşmək üçün lazım olan limitin yarısına nail olub.