Eden Azarı ancaq “Real” maraqlandırır
23.02.2016 - 23:10
Eden Azarı ancaq “Real” maraqlandırır

“Çelsi”nin yarımmüdafiəçisi Eden Azar klubundan ayrıla bilər. Apasport.az saytının “The Telegraph”a istinadən məlumatına görə, belçikalı futbolçu yalnız bir şərtlə Londondan ayrılmağa razıdır.

 

Belə ki, gənc oyunçu ancaq “Real”a keçəcəyi halda “Çelsi”ni tərk etmək fikrindədi. Bir müddət əvvəl PSJ-nin belçikalı üçün “zadəganlar”ın qapısını döydüyü söylənilirdi. Ancaq Azar özü bu keçidə qarşı çıxmışdı.

 

Qeyd edək ki, “Çelsi” rəhbərliyi sərfəli təklif gələcəyi halda oyunçusu ilə vidalaşmağa hazır olduğunu bildirib.