Əfsanənin 20 ili: Karles Puyolun “Barsa” həyatı – FOTOSESSİYA
05.03.2014 - 00:51
Əfsanənin 20 ili: Karles Puyolun “Barsa” həyatı – FOTOSESSİYA

 

Karles Puyol 1993-cü ildə Pobla-de-Sequr bələdiyyəsinin həvəskar komandasında futbol oynamağa başlayıb. Apasport.az saytının məlumatına görə, əvvəlcə qapıçı olan Karles çiyin zədəsindən sonra (zədələr artıq 15 yaşında gələcək ulduzun tale yazısı olub) hücumçu mövqeyinə keçib.

 

“Barselona”yə 1995-ci ildə gəlib – artıq dayaq yarımmüdafiəçisi kimi. Əvvəlcə uşaq komandası, sonra gənclər və ehtiyat komanda. Burada artıq sağ müdafiəçisi mövqeyində “döyüşüb”.

 

“Barsa”nın əsas heyətində debütü 1999-cu ildə olub. O zamankı baş məşqçi Lui Van Qal dişləri ilə mövqeyini qoruyan gənc futbolçuya şans verib və yanılmayıb.

 

2003-cü ildə klub ciddi maliyyə böhranı keçirib. Kataloniyalıların borcu 140 milyona çatıb. Onlar liderlərdən birini itirmək seçimi ilə üzləşiblər. Bu məbləğin 17 milyonunu “Mançester Yunayted”ə borc olub. Mançesterlilər vəziyyətdən istifadə edərək Puyolu istəyiblər. Puyol o zaman deyib: “Əgər bu klubuma kömək edəcəksə, “MY”ya keçməyə hazıram”. Amma rəhbərlik onu satmayıb.

 

Bir il sonra Luis Enrike karyerasını başa vurub və Karles Puyol komandanın yeni kapitanı olub. Və ilk İspaniya çempionluğunu yaşayıb.

 

2005/2006 mövsümündə komandasının heyətində 55 oyun keçirən Puyol Çempionlar Liqasında ilk qələbəsini qazanıb.

 

2008-ci ilin sentyabrında Karles “Barselona”nın heyətində 400-cü oyununa çıxıb.

 

2009-cu ildə Çempionlar Liqasında ikinci qələbəsini qazanıb.

 

2010-cu ilin dünya çempionatı zamanı komandasının qələbəsini təmin edən əsas fiqurlardan biri olub.

 

2011-ci il Çempionlar Liqasında üçüncü qələbə.

 

Nəhayət, 2014-cü ilin martı – “Barselona”nın əfsanəsi komandanı tərk etdiyini bəyan edir.

 

Karles Puyol “Barsa”nın əsas və əvəzedici heyətlərində ümumilikdə 682 matça çıxıb və 24 qol vurub.

 

 

0