Elita klubundan böyükhesablı qələbə
05.09.2016 - 16:47
Topaz Premyer Liqasında yaranan fasilədən yararlanan “Kəpəz” növbəti yoxlama oyununu keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gəncəlilər birinci divizion təmsilçisi “Şərurspor”la qarşılaşıblar.
Matç elita klubunun 3:0 hesablı qələbəsi ilə başa çatb. “Sarı-göylər”in heyətində Nicat Qurbanov 2, Julien Ebah isə 1 qola imza atıb.
Qeyd edək ki, “Kəpəz” fasilə ərəfəsində keçirdiyi ilk yoxlama görüşündə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına 1:2 hesabı ilə məğlub olmuşdu.
0
0