Bu gün Millət vəkilləri – Muxtar Babayev və Tahir Mirkişilinin təşəbbüsü ilə «Azərikimya» İB-nin akt zalında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi Elxan Məmmədovun şəhərin futbol ictimaiyyəti ilə görüşü baş tutub. Apasport.az saytının məlumatına görə, tədbirdə futbol ictimaiyyəti ilə yanaşı, şəhərin təhsil şöbəsi, Gənclər və İdman Baş İdarəsi və “Sumqayıt” FK-nın rəhbərliyi, məşqçilər heyəti iştirak edib.
Görüşü giriş sözü ilə Muxtar Babayev açmış, iştirakçılara tədbirin məqsədi haqqında məlumat verib.
Elxan Məmmədov isə öz növbəsində, son illərdə Azərbaycan futbolunun inkişafı ilə bağlı görülən işlərdən, həyata keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışmış, bölgələrdə, o cümlədən Sumqayıtda futbolun inkişafı üçün bəzi layihələrin müzakirəsini həyata keçirib, verilən suallar ətraflı cavab verib, sonda isə KİV-nin nümayəndələrinin ünvanladığı digər sualları cavablandırıb.
(klub saytı)
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi