Falkao yenidən Kolumbiya yığmasında
05.11.2016 - 11:35
“Monako”nun hücumçusu Radamel Falkao uzun fasilədən sonra milliyə çağırılıb. Apasport.az saytı xəbər verir ki, 30 yaşlı forvard 1 ildən çox idi ki, Kolumbiya yığmasından kənarda qalmışdı.
O, Kolumbiya millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 10-da Çili, 5 gün sonra isə Argentina ilə keçirəcəyi matçlara dəvət alıb.
Qeyd edək ki, Falkao Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində bu həftə Moskva MOİK-i ilə matçda 2 qol vurmuşdu.
0
0