Fernando Musleranın rekord hədəfi
01.02.2017 - 20:15
“Qalatasaray”ın uruqvaylı qapıçısı Fernando Muslera klubun tarixinə düşmək üzrədir. Apasport.az saytının məlumatına görə, Nando “sarı-qırmızılı” formada daha 3 oyuna çıxsa, “cimbom”un heyətində ən çox meydana çıxan əcnəbi oyunçu olacaq.
Ötən tur “Akhisar”la görüşdə Cevat Prekazi və Farid Mondraqonun 185 oyunluq seriyasını təkrarlayan “qolkiper” rekordu hədəfləyib. Bunun üçün isə daha üç dəfə “Qalatasaray” forması ilə matça çıxamaq lazım olacaq.
Əgər Fernando Muslera bunu bacarsa, İstanbul təmsilçisinin əfsanəvi qapıçısı Zoram Simoviçi geridə qoyacaq.
0
0