FİFA-dan kütləvi cəza
03.11.2016 - 22:44
FİFA-dan kütləvi cəza

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabr ayında baş tutmuş oyunlarda baş verən bir sıra neqativ hallar FİFA-nın diqqətindən yayınmayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumu 10 federasiyanı azarkeşlərinin futboldan kənar şüarlar səsləndiriyinə, meydana yad əşyalar atdığına və instident yaratdığına görə müxtəlif miqdarda cərimələyib.

 

FİFA-nın mətbuat xidmətindən verilən açıqlamada aşağıdakı yığma komandaların cəzalandırıldıqları bildirilib.

 

Kosovo – 30 min İsveçrə frankı, Xorvatiya və Albaniya – 50 min, İran – 45 min, Braziliya – 25 min, Paraqvay və Estoniya – 20 min, Ukrayna, Çili və Argentina – 15 min.