FİFA-dan Yunanıstana ultimatum!
05.04.2016 - 21:30
FİFA-dan Yunanıstana ultimatum!

FİFA Yunanıstana ultimatum verib. Apasport.az saytının məlumatlına görə, ali futbol qurumu rəsmi saytından yayımladığı açıqlamada Yunanıstan Futbol Federasiyasına ölkə kuboku oyunlarının ləğv olunması ilə bağlı ciddi xəbərdarlıq edib.

 

Balkanlıların ölkə kuboku oyunlarını ləğv etməsinin qəbuledilməz olduğunu bildirən FİFA Təcili Komissiyası bunu aradan qaldırmaq üçün onlara 15 aprelə qədər vaxt verib.

 

Əks halda ölkə millisi bütün beynəlxalq turnirlərdən təcrid edilə bilər.

 

Daha əvvəl Afinada yerli federasiya nümayəndələri ilə görüşən FİFA və UEFA rəhbərliyi onlara qərar verməsi üçün 1 aprelə kimi vaxt vermişdi.

 

Qeyd edək ki, Yunanıstan Futbol Federasiya PAOK ilə “Olimpiakos” arasında oynanan və yarımçıq qalan matçdan sonra ölkə kubokunu ləğv etməyi qərara almışdı.