FİFA Bekkenbaueri bağışladı
28.06.2014 - 02:04
FİFA Bekkenbaueri bağışladı

 

FİFA əfsanəvi almaniyalı futbolçu Frans Bekkenbaueri bağışlayıb. Apasport.az saytının məlumatına görə, “Bavariya”nın fəxri prezidentinin istənilən futbol fəaliyyətinə qoyulan qadağa götürülüb.

 

Xatırladaq ki, FİFA iyunun 13-də Bekkenbauerə 90 gün ərzində futbola bağlı istənilən fəaliyyəti qadağan etmişdi. Qadağa əfsanəvi futbolçunun futboldakı korrupsiya ilə bağlı aparılan araşdırma zamanı FİFA-ya kömək etməmək istəməməsi ilə bağlı idi. Bekkenbauer Qətər və Rusiyanın 2018 və 2022-ci illərdə dünya çempionatına ev sahibliyini əldə etmələri ilə bağlı aparılan araşdırmada istintaqa kömək etməmişdi. Bekkenbauerin meneceri bildirib ki, hətta qadağa götürüləndən sonra belə o, Braziliyada keçiriləcək dünya çempionatına getməyəcək.

 

Bekkenbauer iyunun 18-də FİFA-nın etika komitəsinin suallarına cavab verib. Bundan əvvəl isə bildirib ki, artıq FİFA-nın rəhbər orqanına daxil olmadığı üçün onun suallarına cavab verməkdən imtina edirmiş. Xatırladaq ki, Frans Bekkenbauer 2018 və 2022-ci illərin dünya çempionatlarının ev sahibini seçən FİFA icraiyyə komitəsinin üzvü olub.

 

 

0