FİFA Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatından narahatdır. Apasport.az saytının bir neçə nümayəndəsi anonimliklərinin qorunması şərtilə bildiriblər ki, ölkə turnirə hazır deyil.
«Gördüyümüz hal qəbuledilməzdir. Bunun bir daha təkrarlanmaması üçün hər şeyə yenidən baxmalıyıq. Biz hətta minimal təhlükəsizlik təminatını təsəvvürümüzə belə gətirə bilmirik. Hər şeyə çox, çox pisdir. Biz hər şeyin ideal olmayacağını anlayırdıq. Amma problemlərin bu səviyyədə olacağını ağlımıza gətirmirdik. Bəzi stadionlar tam dolmamış şəkildə sınaqdan keçirilmədən dünya çempionatını bütün dünyaya necə nümayiş etdirəcəyik? Başqa heç bir idman növündə belə hal mümkün deyil. Bədbəxt hadisə baş versə, məsuliyyəti kim daşıyacaq?» - deyə, FİFA nümayəndələri bildiriblər.
FİFA nümayəndələrinin fikrincə, tətillər, ilk növbəвə nəqliyyat sistemi işçilərinin tətili böyük problemlər yarada bilər. Məsələn, iyunun 7-də San-Paulu metropoliteni tətil etdiyindən şəhərdə nəqliyyat kollapsı yaranıb. Qeyd edək ki, iyunun 12-də San-Pauluda dünya çempionatının açılışı keçirilməlidir.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"