Fransalı futbolçunun yazdığı başına bəla oldu
03.01.2017 - 21:12
Fransalı futbolçunun yazdığı başına bəla oldu

“Mançester Siti”nin futbolçusu Bakari Sanyanın sosial şəbəkədə yazdıqları başına bəla olub. Apasport.az saytının məlumatına görə, fransız oyunçu İngiltərə Premyer Liqasının XX turunda “Bernli” ilə matçdan sonra instaqram hesabında komandasının 10 nəfərlə 12 nəfərə qarşı oynadığını yazmışdı.

 

Belə ki, həmin görüşün 32-ci dəqiqəsində referi Li Meyson “şəhərlilər”in futbolçusu Fernandinyoya qırmızı vərəqə göstərmiş, komanda matçı 10 nəfərlə tamamlamalı olmuşdu.

 

Doğrudur, Sanya sonradan bu paylaşımı silsə də, İngiltərə Futbol Federasiyası artıq ondan yazdıqlarını əsaslandırmağı tələb edib.

 

Britaniya mərbuatının iddiasına görə, müdafiəçinin cəzalanması gözlənilir.