Fransanın 3-cü, Portuqaliyanın 2-ci finalı
08.07.2016 - 09:31
Fransanın 3-cü, Portuqaliyanın 2-ci finalı

Fransa millisi tarixində 3-cü dəfə AÇ-nin finalına yüksəlib. Apasport.az saytının məlumatına görə, “üçrənglilər” buna öz meydanlarında keçirilən AÇ-2016-da nail olub.

 

Yarımfinalda Almaniyanı 2:0 hesabı ilə məğlub edən fransalılar 16 ildən sonra finala yüksəlib. İlk dəfə 1984, sonuncu dəfə 2000-ci ildə bunu bacaran yığma hər iki həlledici qarşılaşmada qalib gəlib.

 

Portuqaliya isə tarixində 2-ci dəfə finalda oynayacaq. Pireneylilərin bunadək yeganə uğuru 2004-cü ildə olub. Həmin vaxt yığma finalda Yunanıstana uduzub.

 

Qeyd edək ki, ümumilikdə 12 komanda finala yüksəlib.