Fransız hücumçu “Çelsi”dən ayrıldı
29.08.2016 - 00:31
"Çelsi"nin hücumçusu Loik Remi "Kristal Pelas"la anlaşıb. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri "Sky Sports" yayıb.
Müqaviləyə əsasən, 29 yaşlı fransız hücumçu qarşıdakı bir il ərzində, icarə əsasında "qartallar"ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Remi son mövsümdə "Çelsi"nin heyətində 20 oyunda meydana çıxıb, 3 qola imza atıb.
0
0