[b]Futbol yığmamız Rusiyanı hokkey hesabı ilə darmadağın etdi[/b]
11.08.2016 - 09:50
[b]Futbol yığmamız Rusiyanı hokkey hesabı ilə darmadağın etdi[/b]

Qazaxıstanın Şımkent şəhərində keçirilən “Prezident kuboku”nda III tura start verilib. Apasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi qrup mərhələsində son oyununu keçirib.

 

İlk turda İrana 0:3 hesabı ilə uduzub, ardınca Tacikistanla sülhə imza atan (2:2) Rafiq Mirzəyevin yetirmələri Rusiya-2 ilə qarşılaşıb. Komandamız şimallıları hokkey hesabı ilə darmadağınla qələbə qazanıb – 12:1.

 

Millimizin heyətində Xaqani Sadıqov 6, Kamran Quliyev 4, İzzət Muştaqov və Məhəmməd Məhərrəmov hərəyə 1 qol vurublar.