Futbolçu "Qalatasaray"ı tərk edir
30.04.2015 - 19:09
“Qalatasaray”ın yarımmüdafiəçisi Səbri Sarıoğlu komandasından ayrılmaqda qərarlıdı. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçuya “sarı-qırmızılar”dan yeni təklif gəlməyib və o, analoji addımı lazım bilib.
“Qalatasaray” məktəbinin yetirməsi artıq 16 ildi ki, klubunun uğurları üçün çalışır. Komandası ilə müqaviləsinin vaxtı isə mövsüm sonunda bitir. Onun klubdan ayrılması isə mayın sonlarında baş tutacaq.
Qeyd edək ki, Səbri cari mövsümdə 19 oyunda forma geyinmək şansı qazanıb və həmin matçlarda 5 məhsuldar ötürmənin müəllifi olub.
0
0