Futbolçu ayağından zədələndi, öldü
10.07.2016 - 00:03
İspaniyanın "Linares" klubunun kapitanı Fran Karles vəfat edib. Apasport.az saytının məlumatına görə, 3-cü liqa klubunun 26 yaşlı futbolçusu məşq zamanı baldırından zədə alsa da, buna əhəmiyyət verməyib.
Ancaq bir gün sonra başgicəllənməsi olan futbolçu xəstəxanaya müraciət edib. Daxili qanaxması olan Karles təcili əməliyyat olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Futbolçunun xatirəsinə İspaniya La Liqası təmsilçisi "Sevilya" və "Linares" arasında oyun keçiriləcəyi gözlənilir. Oyunun nə vaxt və harda baş tutacağı bəlli deyil.
0
0