Güvənc Kurtar: “Sumqayıt”ın bizi keçməsini istəmirik
31.03.2014 - 18:35
Güvənc Kurtar: “Sumqayıt”ın bizi keçməsini istəmirik
“Bugünkü qarşılaşmada “Neftçi” ilə kubok oyununu düşünürdük. Yarımfinaldakı rəqibimizdə olduğu kimi “İnter”in də iki futbolçusu cinahlardan mərkəzə daxil olması ilə təhlükə yaradır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan”ın baş məşqçisi Güvənc Kurtar deyib.

Türkiyəli çalışdırıcı Topaz Premyer Liqasının XXVIII turunun “İnter”lə qarşılaşmasındakı 0:3 hesablı darmadağına şərh verib: “İnter”lə görüşdə müdafiəçilərimizi buna uyğun sınamaq istədik. Lakin uğursuz alındı. Səhvlərimizdən 2 qol buraxdıq. 2:0-dan sonra isə matçın intriqası ölmüşdü. Əsas məqsədimiz kubok olsa da, çempionatda “Sumqayıt”ın bizi keçməsini istəmirik. Bu üzdən növbəti turun onlarla oyununda kuboka hazırlaşmayacaq, mübarizə aparacağıq”.
 
0