[b]Heymir Qudyonsson: “İnter”lə oyunumuz hələ bitməyib[/b]
17.07.2015 - 09:05
[b]Heymir Qudyonsson: “İnter”lə oyunumuz hələ bitməyib[/b]

“Oyunun ilk hissəsində yaxşı çıxış etdik. Ümumiyyətlə fasiləyədək hər şey yaxşı idi. Lakin ikinci hissə başlayan kimi səhvlər etdik”. Apasport.az saytının məlumatına görə, bunu İslandiyanın “Hafnarfyordur” klubunun baş məşqçisi Heymir Qudyonsson deyib.

 

O, Avropa Liqasının II təsnifat mərhələsinin Bakı “İnter”i ilə ev oyunundakı 1:2 hesablı məğlubiyyətə şərh verib: “İstənilən halda, futbolçularıma minnətdaram. Onlar azlıqda qalanda da əzmlə mübarizə apardı. Qırmızı vərəqənin futbolçumuza göstərilməsinə gəlincə, mənə elə gəlir ki, hakim tam ədalətli qərar verdi. Amma ümumilikdə hakimlik heç də yaxşı deyildi. Düzdü, bu haqda danışmağı sevmirəm. Amma yerli-yersiz qərarları ilə oyunu saxlaması matçın axarını ləngidirdi. İsveçli hakimdən bundan artığını gözləmirdim də. “İnter”lə oyunumuz hələ bitməyib, Bakıda cavab matçı da var”.