Hollandiya yığmasının futbolçusu Türkiyə klubunda
02.07.2016 - 17:54
Hollandiya yığmasının daha bir futbolçusu karyerasını Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Qreqori van der Vilin “Fənərbaxça”ya keçidi rəsmən açıqlanıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilir ki, sabah Türkiyəyə yollanacaq hollandiyalı tibbi müayinədən keçib, müqavilə imzalayacaq.
Son 4 mövsümü Fransanın PSJ klubunda keçirən 28 yaşlı müdafiəçi İstanbul klubuna azad agent statusu ilə keçib. Bunadək isə 5 il “Ayaks”da çıxış edib.
Qeyd edək ki, van der Vil Hollandiya yığmasında 42 oyun keçirib.
0
0