Hollandiyalı əfsanə türklərlə anlaşdı
28.12.2016 - 20:31
Hollandiya millisinin əfsanəvi futbolçusu Ruud Qullit özünə yeni iş tapıb. Apasport.az saytının məlumatına görə, Qullit Türkiyənin “Lig TV” telekanalında yayımlanan “Maraton” proqramında çalışacaq.
O, Super Liqada ikinci dövrə başladıqdan sonra proqramın aparıcısı Şansal Büyüka ilə birlikdə oyunları şərh edəcək. Proqramda Büyüka və Qullitlə yanaşı, Metin Tekin də yer alacaq.
Qeyd edək ki, sözügedən kanal buyaxınlarda Qətərə məxsus “Bein Sport” şirkəti tərəfindən satın alınıb.
0
0