Honda İspaniya yolunda
07.01.2016 - 18:47
Honda İspaniya yolunda

“Milan”ın yaponiyalı futbolçusu Keysuke Honda karyerasını İspaniyada davam etdirə bilər. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi “Valensiya”nın maraq dairəsinə düşüb.

 

“Yarasalar” Hondanı qış transfer dövründəcə heyətlərinə qatmağı planlaşdırırlar. La Liqa klubunun rəhbərliyi “Milan”ın vitse-prezidenti Adriano Qalliani ilə görüş keçirib. İspanlar 29 yaşlı futbolçuya görə 5 milyon avro xərcləməyə hazırdılar.

 

Qeyd edək ki, Honda “Milan”a 2013-cü ildə Moskva MOİK-indən transfer olunub. O, “rossonyerlər”in heyətində bu vaxta qədər 62 oyunda meydana çıxıb və 9 qola imza atıb.