İbrahimoviç İtaliyaya qayıdır?
17.03.2017 - 01:32
İbrahimoviç İtaliyaya qayıdır?

Zlatan İbrahimoviç karyerasını yenidən İtaliyada davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə İtaliya mətbuatı iddia ilə çıxış edib.

 

İsveçli oyunçu ilə “Napoli”nin maraqlandığı deyilir. Maraqlıdı ki, İbra özü bu barədə suala qeyri-müəyyən cavab verib: “İtaliya? Gələcəkdə nə olacağını heç kim bilməz. Hazırkı komandamda çox xoşbəxtəm. Ancaq hər şey hər zaman dəyişə bilər. Bilirsiz ki, artıq yüksək səviyyədə oynamaq üçün vaxtım qalmayıb”.

 

Qeyd edək ki, İbrahimoviçin “Mançester Yunayted”lə müqaviləsi mövsümün sonunda başa çatır.