Böyük Britaniya baş nazirinin müavini Nik Kleqq Rusiyanı 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatından məhrum etməyə çağırıb. Apasport.az saytının məlumatına görə, “The Sunday Times”ə müsahibəsində bunun Moskvaya qarşı sanksiyaların bir hissəsi olmalı olduğunu vurğulayıb.
Baş nazirin müavini hesab edir ki, Rusiya rəhbərinə belə nüfuzlu yaraşın keçirilməsindən həzz almağa imkan vermək olmaz. Onun fikrincə, Malayziya təyyarəsinin vurulması fonunda Rusiya rəhbərliyinin davranışı ən pis formasına çatıb və etik davranış normalarından kənara çıxır: “Mundialı keçirmək hüququnu Moskvadan almasaq, dünya zəif və qeyri-səmimi olacaq. Rusiya rəhbərliyi dünya ictimaiyyətinin səbir kasası ilə oynamaqda davam edə və bu zaman dünya çempionatının ev sahibi kimi çıxış etmək hüququnu özündə saxlaya bilməz. Biz onların əvəzinə dünya çempionatını qəbul edə bilərik. Bizim vacib hər şeyimiz – stadionlarımız, infrastrukturumuz və həvəsimiz var”.