İngiltərə millisində ciddi itki
07.06.2017 - 22:32
İngiltərə millisi ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Ceymi Vardi zədələnib.
“Lester”in hücumçusu qarşıdakı iki oyunda komandasına kömək edə bilməyəcək. Futbolçunun zədəsi ciddi olmasa da, məşqçilər 30 yaşlı Vardini riskə atmaq istəməyib.
Qeyd edək ki, İngiltərə yığması iyunun 10-da Şotlandiya ilə DÇ-2018-in seçmə mərhələsində, üç gün sonra isə Fransa ilə yoldaşlıq oyununda üz-üzə gələcək.
0
0