[b]İngiltərədən ikinci qələbə[/b]
27.10.2016 - 18:01
[b]İngiltərədən ikinci qələbə[/b]

Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin VI qrupunda II tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yer aldığı qrupda İngiltərə  və Rumıniya üz-üzə gəlib.

 

Mini turnirin meydan sahibi olan sonuncular futbolun yaradıcıları önündə aciz qalıb. Belə ki, britaniyalılar böyükhesablı qələbə qazanıb – 3:0.

 

İngiltərə millisi matçın taleyini matçın əvvəlindəki iki qolla həll edib, fasilədən sonra fərqi 3 topa çatdırıb. Bu qələbədən sonra britaniyalılar liderliyini möhkəmlədib.

 

Qeyd edək ki, turun ikinci oyununda Azərbaycan Avstriya ilə qarşılaşacaq.

 

17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi

VI qrup

 

II tur, 27 oktyabr

İngiltərə - Rumıniya – 3:0

Fil Foden, 2, 13, Yadon Sanço, 68-p.

 

1

İngiltərə

2

2

0

0

5-0

6

2

Avstriya

1

1

0

0

2-1

3

3

Azərbaycan

1

0

0

1

0-2

0

4

Rumıniya

2

0

0

2

1-5

0