İnzagi aşağı liqa klubu ilə anlaşdı
07.06.2016 - 18:16
İnzagi aşağı liqa klubu ilə anlaşdı

“Milan”ın sabiq baş məşqçisi Filippo İnzagi özünə yeni iş yeri tapıb. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı çalışdırıcı fəaliyyətini “Venesiya” klubunda davam etdirəcək.

 

Tərəflər arasında rəsmi müqavilə artıq imzalanıb. İnzagi “Venesiya”dakı işinə iyulun 1-dən start verəcək.

 

Qeyd edək ki, “Venesiya” növbəti mövsümdə C seriyasında çıxış edəcək.