İrlandiya Azərbaycanla oyuna autsayder kimi çıxacaq
06.04.2016 - 09:21
İrlandiya Azərbaycanla oyuna autsayder kimi çıxacaq

19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının elit-raunduna start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin mübarizə apardığı 1-ci qrupda ilk tura yekun vurulub.

 

Yığmamızın Polşa ilə qolsuz heç-heçə etdiyi tura Almaniya ilə İrlandiya arasında matçla yekun vurulub. Sonuncular qrup matçlarına ev sahibliyi etsə də, Bundestimlə bacarmayıb.

 

Viktoriya Şveymin vurduğu qol Almaniya millisinə 1:0 hesablı qələbə qazandırıb. Almaniyalılar bu 3 xalla qrup liderliyinə yüksəlib.

 

Qeyd edək ki, sabah keçiriləcək II turda Almaniya ilə Polşa, Azərbaycanla İrlandiya qarşılaşacaq.

 

1

Almaniya

1

1

0

0

1-0

3

2

Azərbaycan

1

0

1

0

0-0

1

3

Polşa

1

0

1

0

0-0

1

4

İrlandiya

1

0

0

1

0-1

0

 

 

0