İspan məşqçi qovuldu
16.03.2017 - 22:43
İspan məşqçi qovuldu

İngiltərənin Premyer Liqa klublarından “Midlsbro” baş məşqçi Aytor Karanka ilə yolları ayırıb. Apasport.az saytının məlumatına görə, ispan mütəxəssisin istefaya göndərilməsinin səbəbi komandanın uğursuz çıxışı olub.


Karanka 2013-cü ildən “Midlsbro”nun “sükanı arxasında” idi.

 

Qeyd edək ki, “Midlsbro” Premyer Liqada 22 xalla 19-cu yerdə qərarlaşıb.